Şahmat fiqurları

image

 Şah — (Unicode: ♔♚) Şahmat fiquru
Şah (qalaqurmadan başqa) öz xanasından rəqib fiqurunun zərbəsi altında olmayan başqa qarışıq xanaya hərəkət edir.
Şahın topun hərəkəti ilə tamamlanmış hərəkəti qalaqurma adlanır. Bu, şah üçün bir gediş sayılır. Əgər şah və top qalaqurmaya qədər hərəkət edibsə, onda qalaqurma etmək olmaz.
Qalaqurma aşağıdakı vəziyyətdə müvəqqəti olaraq mümkün deyil:
a) Şahın olduğu xana və ya keçmək istədiyi xana rəqib fiqurunun zərbəsi altındadırsa;
b) Şah və top arasında digər fiqurlar varsa;
c) Şah verilmişsə. Rəqib fiqur şah verdikdə qalaqurma rəqibin şah verməsindən qurtulanadək olarak gerçəkləştirilə bilməz. Əgər şahdan qurtulmaq üçün şah fiqurunun özü hərəkət etmişsə, bu zaman artıq qalaqurma etmək mümkün deyildir.
Vəzir — Şahmat fiquru
Vəzir tutduğu şaquli, üfüqi və ya diaqonal xanalar üzrə hərəkət edir
Top — Şahmat fiquru
Top şaquli və üfüqi xanalar üzrə hərəkət edir
Fil — Şahmat fiquru.
Fil ancaq diaqonal xanalarla hərəkət edir
At — Şahmat fiquru
Atın gedişi iki cür hərəkətdən ibarətdir: şaquli və ya üfüqi xətt üzrə bir xanaya, sonra başlanğıc xanadan uzaqlaşaraq diaqonal üzrə digər xanaya hərəkət edir
Piyada — Şahmat fiquru
Piyadalar ancaq qabağa hərəkət edə bilərlər:
a) piyada yerləşdiyi xanadan başlayaraq şaquli xətt üzrə başlanğıcda bir və ya iki xana tullanmaqla hərəkət edir. Sonra onun xanadan-xanaya hərəkəti şaquli xətt üzrə edilir. Rəqib piyadasını vurarkən, o, diaqonal üzrə qarışıq xanaya keçir.
b) şaquli xətt üzrə hərəkət edən hər hansı bir piyada taxtanın sonuna çatdıqdan sonra sonuncu gedişdə öz rəngindən olan vəzirə, topa, filə və ya ata çevrilə bilər.